HÜQUQ FAKÜLTƏSİNİN MÜƏLLİM HEYƏTİ KONFRSNDA İŞTİRKA EDİBLƏR
2 İyun 2023 19:40
Azərbaycan Respublikası Baş Prokurorluğunun dəvəti ilə 2023-cü il iyun ayının 2-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova və fakültənin bir qrup tələbəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfransda iştirak etmişlər.
Respublikanın ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllim və tələbələrinin dəvət edildiyi konfransda çıxış edən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ümummilli lider Heydər Əliyevin xalqımızın xilaskarı kimi misilsiz xidmətlərindən, hüquq elminin və təhsilinin inkişafında əvəzsiz rolundan ətraflı bəhs etmişdir. Hüquqi və demokratik dövlət quruculuğu sahəsində Ulu Öndərin zəngin irsindən danışan Zaur Əliyev hüquq sistemində həyata keçirilən islahatların hüquq elminin və təhsilinin, müxtəlif hüquq sahələrinin təkmilləşməsinə münbit zəmin yaratdığını qeyd etmişdir. Dekan bildirmişdir ki, Ulu Öndərin başladığı səmərəli hüquqi islahatlar bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Zaur Əliyev Ulu Öndərin adını daşıyan Fondun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında məhz Azərbaycan təhsilinin inkişafına xidmət edən müstəsna layihələrə imza atdığını diqqətə çatdırmışdır.
Konfransın gedişində çıxış edən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova Ümummilli liderin hüquq elminin inkişafında müstəsna xidmətlərindən söz açaraq Azərbaycan təhsil sistemində qazanılan nailiyyətlərin ilk növbədə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. O, Ulu Öndərin “Qoy ədalət zəfər çalsın!” devizinin hamı üçün bərabər imkanlar və bərabər şərait yaratdığı bir dövrdə hüquq fakültəsinə qəbul olunduğunu, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən qadınların ictimai həyatın bütün sahələrində, eləcə də hüquq elminin inkişafında aktiv iştirakına şərait yaradıldığını qeyd etmişdir. Bu gün isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olması ilə qürur duyduğunu deyən Firuzə Abbasova böyük şəxsiyyətə ehtiramını ifadə etmişdir.
Daha sonra Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Cavid Mirzəzadə tələbələr adından çıxış edərək Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi Heydər Əliyevin həyatını öz xalqına həsr etdiyini və Ulu Öndərin həyat fəlsəfəsi, vətəndaşlıq mövqeyinin hər bir Azərbaycan gənci üçün örnək olduğunu qeyd etmişdir. Azərbaycan vətəndaşı olduğuna görə qürur duyduğunu bildirən Cavid Mirzəzadə Ümummilli liderin ideya və dəyərlərinə sadiqliyin hər bir gəncin ən ümdə vəzifəsi olduğunu vurğulamışdır.
Konfransın sonunda “Böyük şəxsiyyət üç ştrixdə” adlı sənədli film nümayiş etdirilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42