HÜQUQ FAKÜLTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASINDA OLUB
Martın 7-də Milli Aviasiya Akademiyasının dəvəti ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, fakültənin Hüquq klinikasının rəhbəri Turqay Hüseynov, fakültə Tələbə gənclər təşkilatının sədri Nihad Rəhimli və fakültə Həmkarlar təşkilatının sədri Eltac Allahyarlı Akademiyada olmuşlar. Dekan və fakültənin nümayəndələri Akademiyanın fəaliyyəti, Hüquq və iqtisadiyyat fakültəsinin işi, habelə dərslərin gedişatı ilə tanış olmuşlar. Akademiyanın Hüquq və iqtisadiyyat fakültəsinin yenicə qurulmuş məhkəmə zalı fakültə nümayəndələrində böyük təəssürat yaratmışdır. Akademiyanın Hüquq və iqtisadiyyat fakültəsinin dekanı Ayxan Rüstəmzadə ilə keçirilən görüşdə fakültələr arasında əməkdaşlıq əlaqələrinin formalaşması və inkişafı, həmçinin Ulu Öndər Heydər Əliyev İli çərçivəsində birgə tədbirlərin keçirilməsi məsələsi razılaşdırılmışdır. Hər iki fakültənin inkişafının bütövlükdə hüquq elminin və təhsilinin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.