Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri Azərbaycan Respublikası Milli Məclisində olmuşlar
29 Dekabr 2023 15:09
Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin dəvəti ilə Milli Məclisdə olmuşlar.
Əvvəlcə Milli Məclisin Kitabxanasında Parlamentin Aparatında hazırlanmış “Qanunvericilik lüğəti” adlı iki cildlik kitabın təqdimat mərasimi keçirilmişdir.
Kitabın ideya müəllifi Milli Məclisin sədri, professor Sahibə Qafarova, layihə rəhbəri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, redaktoru Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevdir. Kitabın rəyçiləri Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Hüquq fakültəsinin müəllimi Rövşən İsmayılovdur.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aparat rəhbəri Fərid Hacıyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, parlamentin üzvləri və Milli Məclis Aparatının əməkdaşları iştirak etmişlər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında təqdimatı keçirilən kitabın təkcə peşəkar hüquqşünaslar üçün deyil, hüquq tələbələri və bütövlükdə hüquq tədrisi üçün əhəmiyyətindən danışmışdır. Dekan qeyd etmişdir ki, ilk dəfə bu formatda nəşr edilən kitabın 4 rəyçisinin hər birinin Hüquq fakültəsinin müəllimi olması parlamentin fakültə ilə sıx əməkdaşlığının göstəricisi kimi qiymətləndirilməlidir.
Sonra çıxış edən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova lüğətin elmi araşdırmalara və hüquqi təhlillərə verəcək töhfəsindən bəhs edərək müəlliflər kollektivini təbrik etmişdir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev dekabrın 28-də Hüquq fakültəsinin bir qrup tələbəsi və professor-müəllim heyəti ilə görüşmüşdür.
Qonaqları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayan Aparat rəhbəri tələbələrə Milli Məclisin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Görüşdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, kafedra müdiri Şəhla Səmədova və tələbələr çıxış edərək gələcək əməkdaşlıq imkanları ilə bağlı fikirlərini səsləndirmişlər.
Tədbirdə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmış “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilmişdir.
Sonra parlament Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovanın məsul redaktorluğu ilə Milli Məclisdə hazırlanmış “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı 3 cildlik kitabın nüsxələrini Hüquq fakültəsinin dekanına təqdim etmişdir.
Tədbir çərçivəsində həmçinin Hüquq fakültəsinin tələbələri parlamentin inzibati binası ilə tanış olmuşlar.
Bina ilə tanışlıq zamanı tələbələr Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxmışlar. Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı tələbələrə burada yaradılmış iş şəraiti, Milli Məclisin fəaliyyəti haqqında məlumat verilmişdir. Milli Məclisin foyesində isə onlar Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olmuşlar.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkdirilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42