HÜQUQ FAKÜLTƏSİNİN TƏŞƏBBÜSÜ İLƏ COP29 BARƏDƏ İNFO SESSİYA KEÇİRİLMİŞDİR
18 Aprel 2024 13:02
Hüquq fakültəsinin təşəbbüsü ilə COP29 barədə info sessiya keçirilmişdir. İnfo sessiyanın açılışında çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası– COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu və bu mötəbər konfransın keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini qeyd etmişdir.
İnfo sessiyanın təlimçisi qismində Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri h.e.d. Turqay Hüseynov çıxış etmişdir. Təlim zamanı COP29-un anlayışı və məqsədləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu, Paris Sazişi, iqlim dəyişikliyinin nəticəsində yaranan fəsadlar, qlobal ekoloji problemlər, insan fəaliyyətinin iqlimə təsiri və müvafiq təsirin məhdudlaşdırılma üsulları, iqlim dəyişikliyinin qarşısının alınması və ona uyğunlaşma yönündə qəbul edilmiş mexanizmlər, dövlətlərin bu barədə həyata keçirdiyi tədbirlər, bərpa olunan enerji mənbələri və digər mövzular müzakirə olunmuş, ekoloji maarifləndirmənin və ekologiyaya hörmət mədəniyyətinin vacibliyi vurğulanmışdır. Təlimin sonunda tələbələrdə COP29-un mahiyyəti və məqsədləri barədə aydın təsəvvür formalaşmış, onlar tərəfindən təlimçiyə maraqlı suallar ünvanlanmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42