“Hüquq nəzəriyyəsi” dərsliyinin yenidən işlənmiş və əlavələr edilmiş üçüncü nəşri çap olunmuşdur.
25 Noyabr 2023 09:36
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın “Hüquq nəzəriyyəsi” dərsliyinin yenidən işlənmiş və əlavələr edilmiş üçüncü nəşri çap olunmuşdur.
Dərslikdə hüququn fundamental məsələləri hüquqi profil üzrə mütəxəssislərin hazırlanması tələblərinə və hüquq nəzəriyyəsi üzrə proqrama müvafiq surətdə nəzərdən keçirilir. Əhəmiyyətli dərəcədə yenidən işlənmiş və tamamlanmış bu üçüncü nəşrə ənənəvi mövzularla yanaşı bir sıra yeni aktual mövzular da (hüquqla qanunun nisbəti, hüquq və hüquqi dövlət, şəxsiyyət, vətəndaş cəmiyyəti və hüquq, müasir hüquq ailələri və s.) daxil edilmişdir ki, bütün bunlar ölkənin sosial-siyasi və hüquqi reallıqları, həmçinin ölkəmizdə və onun hüdudlarından kənar əldə olunmuş elmi nailiyyətləri nəzərə almaqla dərindən və əsaslı surətdə işlənilmişdir. Kitabda nəzəri müddəaların araşdırılması milli qanunvericilikdən geniş istifadə edilməsi əsasında aparılmışdır.
Dərslik ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri, praktiki işçilər, həmçinin hüquqi problemlərlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33