Hüquq Olimpiadasının 2-ci mərhələsi keçirildi
9 Noyabr 2023 11:02
Cari ilin 8 noyabr tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev İli çərçivəsində tədbirlər planına uyğun olaraq Hüquq Olimpiadasının 2-ci mərhələsi keçirilmişdir.
Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Nihad Rəhimli çıxış edərək olimpiadanın 2-ci mərhələsinin Zəfər Gününə təsadüf etdiyini bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının nəticəsi olan Qələbə bayramı münasibətilə hər kəsi təbrik etmişdir. Olimpiadanın Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin əziz xatirəsinə həsr olunduğu vurğulandıqdan sonra iştirakçılar olimpiadanın gedişatı və suallar barədə ətraflı məlumatlandırılmışlar.
İki mərhələdən ibarət olan olimpiadanın 2-ci mərhələsi - İnzibati hüquq, Cinayət hüququ və Mülki hüquqla bağlı tərtib olunmuş real kazuslardan ibarət olmuşdur. Mərhələ iştirakçıların analitik düşünmə və araşdırma qabiliyyətlərinin inkişafı və öyrənilməsi baxımından “Open-book” sistemi şəklində təşkil olunmuşdur. Olimpiadanın keçirilməsi zamanı şəffaflığın, məxfiliyin və obyektliyin qorunması üçün bütün zəruri tədbirlər görülmüşdür.
Olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaqdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33