HÜQUQ OLİMPİADASININ I MƏRHƏLƏSİ KEÇİRİLDİ
7 Oktyabr 2023 16:55
Cari ilin 7 oktyabr tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev İli çərçivəsində tədbirlər planına uyğun olaraq Hüquq Olimpiadasının 1-ci mərhələsi keçirilmişdir.
Xüsusilə vurğulamaq istərdik ki, bu olimpiada Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin əziz xatirəsinə həsr olunub.
İki mərhələdən ibarət olan Hüquq Olimpiadasının 1-ci mərhələsi - test işi şəklində (hər fəndən 5 sual olmaqla, Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, İnzibati hüquq, Mülki hüquq, Cinayət hüququ - cəmi 25 sual) təqdim olunmuşdur.
Hər bir iştirakçıya 45 dəqiqə vaxt verilmişdir.
Olimpiadanın keçirilməsi zamanı şəffaflığın, məxfiliyin və obyektivliyin qorunması üçün lazimi tədbirlər görülmüşdür.
Olimpiadanın 1-ci mərhələsini müvəffəqiyətlə keçən tələbələr 2-ci mərhələdə iştirak hüququnu qazanacaqlar.
Olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaqdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33