I KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
08.10.2021 tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının onlayn görüşü baş tutmuşdur. Görüşdə fakültənin dekan müavini, h.ü.f.d, dos. Aytəkin İbrahimova birinci kurs tələbələrinə yeni tədris ilində uğurlar arzulayaraq onları universitetin sosyal-ictimai həyatında aktiv olmağa çağırıb. Daha sonra Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə təşkilatın ümumi fəaliyyət dairəsindən və iş prinsiplərindən danışıb. Tədbirin davamında Tələbələrlə iş və klublara nəzarət üzrə sədr müavini Cavid Mirzəzadə klublarla bağlı tələbələri məlumatlandırmış, tədbirlər və layihələrin təşkili üzrə sədr müavini Siyavuş Bağırov isə gələcəkdə görüləcək yeni işlər və təşkil ediləcək yeni layihələrlə bağlı ətraflı məlumat vermişdir. Tədbirin sonunda İctimaiyyətlə əlaqələr üzrə sədr müavini Gülsüm Hacıyeva çıxış edərək tələbələrə təşkilatın sosyal platformalardakı fəaliyyət istiqamətindən söz açıb.
Görüş tələbələrin suallarının cavablandırılması ilə davam etmişdir.