İKİLİ DİPLOM PROQRAMI ƏSASINDA TƏHSİL ALAN MAGİSTRLARIN MÜDAFİƏSİ KEÇİRİLİB
12 İyul 2023 13:58
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “Əqli mülkiyyət hüququ” və “İnformasiya hüququ” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilmişdir.
“Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili diplomlu magistr proqramı çərçivəsində təhsil alan ilk magistrantların dissertasiyalarının müdafiəsi 11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində İdarə heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Sənan Tapdıqovun sədrliyi ilə keçirilmişdir. Fransanın Lyon-2 Universitetinin professoru və proqram üzrə koordinator Aleksandr Kikerez müdafiədə onlayn formatda iştirak etmişdir.
Müdafiə zamanı magistrantlar ingilis dilində elmi və praktiki cəhətdən aktual olan mövzulara dair təqdimatlarla çıxış etmişlər. Daha sonra, şura üzvlərinin və müəllimlərin, o cümlədən fransalı professorun suallarını cavablandırmışlar.
Müdafiənin sonunda professor Aleksandr Kikerezin iştirakı ilə şura üzvləri tərəfindən magistrantların qiymətləndirilməsi həyata keçirilmişdir. Beləliklə, 6 magistrant Lyon-2 Universiteti ilə Bakı Dövlət Universiteti arasında ikili diplomlu magistr proqramını müvəffəqiyyətlə bitirmişdir.
İxtisaslaşdırılmış dissertasiya şurasının sədri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sədri, professor Kamran İmanovdur.
Daha sonra “İnformasiya hüququ” ixtisaslaşmasının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilmişdir. Dissertasiya işləri yüksək qiymətləndirilmiş və magistrantların müdafiəsi müvəffəqiyyətlə başa çatmışdır.
Müdafiə etmiş magistrantları təbrik edir və onlara uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42