İKİLİ DİPLOM PROQRAMI MƏZUNLARINA REKTOR TƏRƏFİNDƏN DİPLOMLAR TƏQDİM OLUNUB
17 Yanvar 2023 16:22
16 yanvar 2023-cü il Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üçün növbəti əlamətdar gün kimi fakültənin tarixinə düşdü. Belə ki, Hüquq fakültəsində müvəffəqiyyətlə həyata keçirilən beynəlxalq ikili diplom proqramları çərçivəsində "Dəniz və enerji hüququ" ixtisaslaşması üzrə magistratura səviyyəsi məzunlarına Bakı Dövlət Universitetinin rektoru tərəfindən diplomların təqdim edilməsi mərasimi keçirilmişdir. "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı, 2020-ci ildə Bakı Dövlət Universiteti və Qazaxıstanın Əl-Fərabi adına Milli Universiteti arasında imzalanmış ikili diplom proqramı haqqında müqavilə əsasında həyata keçirilir. ABŞ-ın Tüleyn Universiteti Hüquq məktəbinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Dəniz və enerji hüququ” sahəsində qurulmuş elmi məktəb bazasında fəaliyyət göstərən proqramda tədris ingilis dilində aparılır. Proqram üzrə ilk buraxılış 2022-ci ildə olmuşdur. Belə ki, ümumilikdə 8 magistrant ilk olaraq bu proqramı müvəffəqiyyətlə başa vuraraq məzun olmuşdur. Onlardan altısı Bakı Dövlət Universitetinin, ikisi isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin magistrantlarıdır.
Ümidvarıq ki, bu layihənin davam etməsi Azərbaycan və Qazaxıstan hüquq məktəbləri arasında əlaqələrin genişlənməsinə və hər iki dövlət üçün önəmli olan dəniz və enerji hüququnun inkişafına öz töhvəsini verəcəkdir.
"Dəniz və enerji hüququ" proqramı üzrə ilk magistrant məzunlar:
1. Rəhimova Jalə Rəhim qızı
2. Həsənova Gülzar Fuad qızı
3. Qaraşova Səbinə Vilayət qızı
4. Məmmədli Əbülfəz Namiq oğlu
5. Nəcəfzadə Səmra Saləddin qızı
6. Quliyeva Güləndam Gündüz qızı
7. Kasekeeva Ayjan Muratovna (Qazaxıstan)
8. Bayturbay Orınbasar (Qazaxıstan)
İkili diplom proqramının məzunlarını təbrik edir, hər birinə uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42