İKİLİ DİPLOM PROQRAMINA HƏR OLUNMUŞ ONLAYN GÖRÜŞ
15 Sentyabr 2021-ci ildə Əqli mülkiyyət hüququ üzrə ikili magistr proqramı çərçivəsində onlayn görüş keçirildi. Proqram, Lyumyer Lyon 2 Universiteti ilə Bakı Dövlət Universiteti arasında bağlanmış saziş əsasında 2021-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.
Görüşdə hər iki universitetin hüquq fakültələrinin dekanları, professsor Əmir Əliyev və Gullaume Protye, Fransanın Azərbaycandakı səfirliyində əməkdaşlıq və mədəni fəaliyyət müşaviri və Azərbaycan Fransız İnstitutunun direktoru Jerom Kelle, və Bakı Dövlət Universiteti ilə Lyon 2 Universitetinin programda iştirak edən professor müəllim heyəti iştirak edirdi. Eyni zamanda bu proqram çərçivəsində magistraturaya qəbul olunan tələbələrin də iştirakı təmin edilmişdir.
Görüşün ilk hissəsi iştirakçıların çıxışlarından ibarət idi. Bundan sonra proqramın təfərrüatları ilə bağlı tələbələr və professor-müəllim heyəti arasında sual-cavab mərhələsi baş tutdu.
Qeyd edək ki, bu proqrama 8 tələbə qəbul olunub. Onlardan hər biri IFA -dan fransız dili səviyyəsi ilə bağlı müsbət rəylər alıblar. Eyni zamanda, dərs ilinin başlanmasıilə birgə tələbələr IFA tərəfindən təşkil edilən intensiv Fransız dili kurslarına yazılırlar. Kursların sonunda hamısının fransız dili biliyinə dair beynəlxalq sertifikatlar alacağı gözlənilir.
Onu da qeyd etmək lazımdır ki, hazırki tədris ili ərzində tələbələrin öz ixtisasları üzrə 12 fənni olacaq. Birinci semestrdə 5, ikinci semestrdə 7 fənn.
Fənnlər fransız və azərbaycanlı müəllimlər tərəfindən tədris ediləcək.
Proqram çərçivəsində tələbələrin magistr tezislərinə xüsusi diqqət yetiriləcək, mövzuların seçilməsi prosesi sıx əməkdaşlıq çərçivəsində baş tutacaq və tələbələrin elmi rəhbərləri həm Fransız, həm də Azərbaycanlı professorlardan seçiləcəkdir.
Eyni zamanda, proqram Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sıx dəstəyi ilə yaradılmışdır və tələbələrə Agentliyin müxtəlif şöbələrində təcrübə keçmək imkanı veriləcəkdir.
Bütün bu suallar görüş zamanı diqqət mərkəzində idi. Görüş çöx maraqli və məhsuldar keçməsi ilə iki universitetin gələcək əməkdaşlığının inkişafı üçün əhəmiyyətli bir töhfə olaraq qiymətləndirilə bilər.