İnsan Hüquqları Gününə həsr edilmiş tədbir
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 10 dekabr İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri açıq elan edən Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Eltac Allahyarlı insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində həyata keçirilən islahatlar, həmçinin fakültədə insan hüquqlarının tədrisi barədə ətraflı məlumat verib. Tədbirdə Hüquq fakültəsinin tələbələri Fatimə Allahverdiyeva, Səmayə Abbasquliyeva, Fidan Allahverdiyeva, Fidan Qəribli, Münəvvər Ələsgərova, Nübar Xəlilzadə çıxış edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması və inkişafı tarixi, hüquqi əhəmiyyəti, BMT-nin insan hüquqlarının qorunmasında rolu, ayrı ayrı şəxslərin hüquqları, insan hüquqlarının qorunmasını təmin edən dövlət orqanlarının fəaliyyəti haqqında məlumat veriblər. Tədbir tələbələrin böyük marağına səbəb olub.