İNSAN HÜQUQLARI MÖVZUSUNDA SOSİAL TEATR SƏHNƏLƏŞDİRİLİB
13 Dekabr 2022 18:25
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələri tərəfindən hazırlanmış insan hüquqları mövzusunda sosial teatr tamaşası böyük marağa səbəb olmuşdur
Hüquq fakültəsinin tələbələri, o cümlədən fakültənin SABAH qrupunun tələbələri tərəfindən hazırlanmış insan hüquqları mövzusunda sosial teatr tamaşası böyük marağa səbəb olmuşdur. Tamaşa tələbələr tərəfindən 09 dekabr 2022-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), BMT-nin Azərbaycandakı nümayəndəliyinin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbirdə nümayiş etdirilmişdir.
Fakültənin 15 tələbəsinin (Həsənov İlham, Allahverdiyeva Aysel, Həsənova Könül, Muradova Cəmilə, Xanəliyeva Humay, Bağırov Kənan, Məmmədov Cəfər, Məmmədov Rəcəb, Həsənova Aysurə, Məhərrəmli Nihad, Ağamirzəyev Anar, İbişova Səbinə, İskəndərov Şahmalı, Mirzəzadə Veysəl, İbişov Barış) iştirakı ilə təqdim edilən tamaşada insan hüquqları sahəsində diskriminasiyanın yolverilməzliyi, qadın hüquqları, gender bərabərliyi səhnələşdirilmişdir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin İnsan hüquqları şöbəsinin əməkdaşı Asiman Qocayev tamaşanın ərsəyə gəlməsi üçün tələbələrə istiqamətləndirici təlimlər keçmişdir. Tamaşa böyük maraqla qarşılanmışdır.
Tamaşada Hüquq fakültəsinin tələbələri tərəfindən səhnələşdirilmiş tamaşa qızların erkən yaşda nikaha cəlb edilməsini, qız uşaqlarının təhsildən qəsdən və məqsədli yayındırılmasını canlandırmaqla cəmiyyətə belə bir mesaj ötürürlər ki, bu kimi hallar hüquq və əxlaq normalarının tələbləri ilə bir araya sığmayan əməllərdir və onlar son nəticədə ailənin, cəmiyyətin və dövlətin əsaslarına qəsd edir. Tamaşanın əsas süjet xəttinin mahiyyəti ondan ibarətdir ki, bir qız uşağının təhsildən məqsədli şəkildə məhrum edilməsi ilk növbədə onun iradəsinə qarşı edilən qanunsuz aktdır, bu qanunsuz hərəkətlər insan varlığı kimi həmin şəxsin cəmiyyətdə bir şəxs kimi mövqe tutmasına əngəl törədir.
Hüquq fakültəsində dekan Zaur Əliyevin təşəbbüsü ilə tədris prosesinin müəyyən bir hissəsinin müasir, innovativ üsullarla həyata keçirilməsinə, fakültənin tarixində ilk dəfə olaraq “Tələbə tərəfindən tələbə üçün” layihəsinin icrasına başlanılmış, eyni zamanda tələbələr tərəfindən hazırlanan bu kimi tamaşaların, sosial videoçarxların tədris prosesində istifadə olunması planlaşdırılır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42