IV KURS TƏLƏBƏLƏRİ LAYİHƏ QALİBLƏRİ ARASINDA
20 Avqust 2023 10:48

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbələri Leyla Şəfaqətova, Ülviyyə Allahverdiyeva və İnqilab Hüseynzadə Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil edilən "İnsan hüquqları təhsili: gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə" layihəsində iştirak etmiş və qalib olmuşlar. Hüquq fakültəsinin qalib tələbələri Cenevrəyə səfər edəcək və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin işi ilə yaxından tanış olacaq, Komitənin ekspertləri ilə görüşüb sessiyalarında iştirak edəcəklər.
Tələbələrimizi mühüm qalibiyyət münasibətilə təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41