IV KURS TƏLƏBƏSİ ABŞ-DA SUSİ PROQRAMINDA İŞTİRAK EDİB
10 Avqust 2023 12:58
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov ABŞ-də SUSI (ABŞ İnstitutlarının Öyrənilməsi) proqramında iştirak edib.
Layihə müddətində Səyad Ələkbərov təhsilini University of Washington-da “Civic Engagement and Leadership” mövzusu üzrə davam etdirib.
Tələbəmiz proqram ərzində mülki hüquqlar, insan hüquqları, liderlik, könüllülüyün əsasları, konfliktlərin həlli, ekoloji problemlər və qlobal istiləşmə və s. kimi istiqamətlərdə nüfuzlu professorların mühazirələrini dinləyib.
Proqram çərçivəsində, həmçinin ABŞ-nin bir sıra ştatlarına təhsil səfərləri təşkil edilib.
Qeyd edək ki, SUSI proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Mübadilələr Bürosunun proqramıdır və FIUTS (Foundation for International Understanding Through Students) tərəfindən idarə edilir.
Tələbəmizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42