KÖNÜLLÜLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Bakı Dövlət Universitetin Hüquq fakültəsində “BDU Könüllüləri”nin təşkilatçılığı ilə "Beynəlxalq Könüllülər gününə" həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova mövzu ətrafında çıxış etmiş və könüllülərin dünyada, həmçinin ölkəmizdə vacib rola sahib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Ardınca BDU Könüllülərinin kordinatoru Nərmin Heydərova BDU Könüllü təşkilatı haqda ümumi məlumatları iştirakçılarla bölüşdü və təhsil həyatlarında uğurlar arzuladı.
Daha sonra BDU Hüquq fakültəsi könüllülərinin sədri İmanlı İlkin mövzu ətrafında çıxış etmiş və BDU Könüllülərinin fəaliyyətini geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Həmçinin tədbirdə BDU Hüquq fakültəsinin bir neçə tələbə könüllüsü- Ayxan İsgəndərov, Həmidə Qasımova, Röya Əlizadə, Bahar Əlizadə çıxışlar etmişlər.
Məruzəçilərdən Bahar Əlizadə- Beynəlxalq könüllülər gününün tarixi barədə, Qasımova Həmidə- Azərbaycanda könüllülük fəaliyyəti, Əlizadə Röya- Beynəlxalq aləmdə könüllülük və "BİR" könüllü təşkilatının BDU üzrə kordinatoru Ayxan İsgəndərov təşkilatı haqqında çıxışlarını etmişlər.