“Kriminalistika” adlı dərslik tədris filmləri ilə üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilmişdir.
24 Noyabr 2023 13:44
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rəna Quliyevanın yeni “Kriminalistika” adlı dərslik tədris filmləri ilə üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilmişdir. Dərslik tədris dilləri ilə Hüquq fakültəsinin 95 illiyinə həsr edilmişdir. Təqdim olunan dərslik tədris filmləri ilə, ali hüquq təhsilinin dövlət standartının tələblərinə cavab verən kriminalistika təcrübəsinin tələblərini nəzərə alaraq kriminalistikanın müasir vəziyyətini və inkişaf perspektivlərini əks etdirir. Müəllif, bu tədris fənninin ənənəvi strukturuna uyğun olaraq kriminalistikanın dörd bölməsinin məzmununu açıqlayır: nəzəriyyə və metodologiya, kriminalistik texnikanın əsas elmi və praktiki aspektləri, kriminalistik taktika və cinayət istintaqının kriminalistik metodikası. Mövzuların ənənəvi təqdimatı birbaşa müəllifin özü tərəfindən hazırlanan və YouTube-da açıq şəkildə yayımlanan tədris filmləri ilə təsvir olunur.
Dərslik tədris filmləri ilə hüquq fakültələrinin tələbələri, magistrantları, doktorantları, habelə hüquq-mühafizə orqanlarının işçiləri və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33