“Law Taboo” yarışması təşkil olunub
18 noyabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən “Law Taboo” yarışması təşkil olunmuşdur. Tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün təşkil edilən “Law Taboo” layihəsinin məqsədi tələbələrin standart və alışılan öyrənmə metodlarından kənara çıxaraq onların hüquqi biliklərini əyləncəli şəkildə inkişaf etdirməsinə, komandalarla işləmək bacarığının, analitik və sürətli düşünmə, yaradıcılıq bacarıqlarının, sosial aktivliklərinin inkişafına töhvə verməkdir. Yarışmanın yekununda qazanan komanda Hüquq fakültəsinin SABAH qruplarının 4-cü kurs tələbələri Nəzrin Səfərova və Günay Abbasovadan ibarət “Word Stars” komandası olmuşdur. Qalib komandanın üzvləri sertifikat və iki nəfərlik kino biletləri ilə mükafatlandırılmışlar.