“Məhkəmə nitq və mübahisələr mədəniyyəti ” adlı dərs vəsaiti nəşr olunmuşdur
11 Noyabr 2023 11:14

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müəllimi, hüquq üzrə elmlər doktoru Ərəstun Qasımovun “Məhkəmə nitq və mübahisələr mədəniyyəti ” adlı dərs vəsaiti nəşr olunmuşdur. Dərs vəsaiti Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.
Tərtib olunan dərs vəsaitinin obyektini nitq mədəniyyəti, xüsusən də məhkəmə nitq mədəniyyəti təşkil edir. Eyni zamanda, tədqiqatın obyekti qismində mövzu çərçivəsində cinayət mühakimə icraatının müxtəlif mərhələlərində nitq mədəniyyəti ilə bağlı problemlər və onların həlli zamanı cinayət-prosessual fəaliyyətin subyektləri arasında yaranan münasibətlər nəzərdən keçirilir.
Dərs vəsaiti hüquq fakültələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alanlar, elmi işçilər, müəllimlər, vəkillər, həmçinin istintaq, və məhkəmə orqanlarının işçiləri üçün nəzərdə tutulmuşdur.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41