MİLLİ AVİASİYA AKADEMİYASINN DEKANI HÜQUQ FAKÜLTƏSİNİN QONAĞI OLUB
10 Aprel 2023 17:08

Cari ilin aprel ayının 10-da Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin dəvəti ilə fakültədə olmuşdur.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat vermiş, fakültələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı, həmçinin birgə tədbirlərin keçirilməsi və bununla əlaqədar digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Daha sonra Ayxan Rüstəmzadə Hüquq fakültəsinin bir sıra kafedralarında olmuş, onların fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Hər iki fakültənin inkişafının bütövlükdə hüquq elminin və təhsilinin inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanmış və fakültələrarası əməkdaşlığın intensivləşdirilməsi barədə razılıq əldə olunmuşdur.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41