MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ HƏSR OLUNMUŞ ONLİNE TƏDBİR
Bakı Dövlət Universitetimin (BDU) Hüquq fakültəsində “Milli dəyərlərə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir" adlı tədbir keçirilib.
Fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev açılış nitqi ilə çıxış edərək milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyini vurğulayıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edərək cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolunu qiymətləndirib.
Hüquq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə Professor Əmir Əliyev, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq fakültəsinin Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Məleykə Bayramova, Mülki proses və kommersiya kafedrasının dosenti Əsmər Əliyevanın çıxışları baş tutmuşdur. Çıxışlarda Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynayan, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan ölkə olduğu vurğulanmış, Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq müstəvidə - dünya miqyasında da yüksək qiymətləndirildiyi, ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bu cəhət müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir, təqdirəlayiq hal olaraq dəyərləndirildiyi qeyd edilmişdir.
Tədbirdə fakültənin ikinci kurs tələbəsi Fərid Sabirli milli mənəvi dəyərlərə bağlı məruzə ilə bağlı çıxış etmişdir. O, öz çıxışında ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gəncləri də əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdə olduğunu, Azərbaycanda dövlət tərəfindən bu mövzuda görülən işlər və milli-mənəvi dəyərlərin qorunmasına Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının önəmi vurğulamışdır. Çıxışlarda həmçinin milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyi vurğulanıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edilib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu qiymətləndirilib.