MİLLİ QƏHRƏMANLARIMIZ - MÜBARİZ İBRAHiMOV ADLI DİSPUT
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı onlayn disput keçirilib.
Fakültənin sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etmişdir.
Tədbirdə Dekan vəzifəsini icra edən Cabir Quliyev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, dosent Şükür Yusifov çıxış etmişdir. Çıxışlarda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbənin əhəmiyyəti, Vətən müharibəsində qazanılan qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulanmış, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkilmişdir. Milli qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını qeyd edilib. Daha sonra fakültənin məzun qaziləri Babək Hacılı və Şamo İsmabəylinin çıxışları baş tutmuşdur. Onlar Milli qəhrəman Zaur Zeynalov, Allahverdı Bağırov və Mübariz İbrahimov haqqında məlumat vermişdir.
Sonda fakültənin tələbələri Aytəkin Qurbanlı və İlkin İmanlı "Qəhrəmanlar unudulmur: fərqli talelərin oxşar zirvəsi" və "Vətən qəhrəmanları ilə tanınar" mövzularında çıxışlar etmişdir.