MÜƏLLİM VƏ ƏMƏKDAŞLARA SERTİFİKATLAR TƏQDİM OLUNUB
BDU Hüquq fakültəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması layihəsi” çərçivəsində 16-17 iyun 2021-ci il tarixlərində keçirilmiş Avropa Şurası Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığına dair HELP proramının təlimçilər üçün təlim (ToT) sessiyasını uğurla başa vurmuş müəllim və əməkdaşların sertifikatlarının təqdim olunması mərasimi təşkil edilmişdir. Tədbirdə ilk olaraq fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev çıxış edərək, təlimdə iştirak edənləri təbrik etmişdir. İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev bu təlimin əhəmiyyətini vurğulamış, bu mövzunun tədrisinin nəinki Hüquq fakültəsində, həmçinin digər Fakültə və ixtisaslarda tədrisinin əhəmiyyətini qeyd etmişdir. Sonda sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.