MÜLKİ HÜQUQUN ƏSASLARI ADLI KİTAB NƏŞR OLUNUB
19 Sentyabr 2023 10:47
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayevin elmi redaktorluğu ilə 2019-cu ildə nəşr olunmuş “Mülki hüququn əsasları” adlı kitabı mülki qanunvericiliyə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla bu günlərdə yenidən nəşr olunmuşdur. Kitabda mülki hüquqa aid əsas anlayışlar izah olunaraq onların mülki qanunvericilik normalarının düzgün başa düşülüb və tətbiq olunması baxımından roluna konkret misallarla aydınlıq gətirilmişdir.
Strukturuna görə kitab beş fəsildən, istifadə olunmuş ədəbiyyat siyahısından, terminologiya indeksindən və maddə indeksindən ibarətdir.
I fəsil hüquq və mülki (özəl/xüsusi) hüquq anlayışları, II fəsil mülki (özəl/xüsusi) qanunvericiliyin tətbiq olunma üsulu, III fəsil mülki hüquqda haqq anlayışı (termini) və növləri, IV fəsil mülki haqların yaranma əsası kimi əqdlər, V fəsil isə mülki hüquqda vicdanlılıq məsələlərinə həsr edilmişdir.
Kitab mülki hüququn, xüsusilə də mülki qanunvericilik normalarının düzgün şərh olunması ilə bağlı məsələlərin öyrənilməsi baxımından əhəmiyyətli mövzuları əhatə edir.
Kitabdan “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, məhkəmə orqanlarında çalışan şəxslər, habelə mülki hüquq elmi ilə maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilərlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42