MÜLKİ PROSESDƏ FORMAL HƏQİQƏTİN MÜƏYYƏN OLUNMASININ PRAKTİKİ TƏRƏFLƏRİ MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
“Hüquq fakültəsinin könüllüləri" təşkilatı və Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə "Mülki prosesdə "formal həqiqət"in müəyyən olunmasının praktiki tərəfləri" mövzusunda tələbələr üçün təlim keçirilmişdir. Təlimçi Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Fariz Əlizadə "formal həqiqət" və "obyektiv həqiqət"in fərqini ətraflı izah edib, həmçinin mülki prosesin spesifikliyinə, cinayət prosesi və inzibati proseslə fərqlərinə, onun subyektlərinə, prinsiplərinə, sübutetmə qaydasına aydınlıq gətirib. Təlimçi həmçinin təcrübədən misallar gətirərək praktikanın aktual məsələlərini vurğulayıb. Sonda tələbələrin sualları cavablandırılıb.