MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI ADLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB
27 Aprel 2023 21:55
Bakı Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransın Hüquq bölməsinin iclası keçirilmişdir. Konfransda Hüquq fakültəsinin professor-müəllim və tələbə heyəti, o cümlədən BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov iştirak etmişdir. İclası açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olduğunu nəzərə çatdıraraq Ulu öndərin həyata keçirdiyi hüquqi islahatlardan, hüquq sahəsinin inkişafına göstərdiyi qayğıdan, milli hüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, məhz Ulu öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplərin yaradılması hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni eranın başlanğıcı olmuşdur. Bu, həm aparılan hüquqi tədqiqatların məzmununu köklü dəyişdirmiş, həm də hüquqşünas kadrların yetişdirilməsi prosesinə öz əsaslı və əhəmiyyətli təsirini göstərmişdir. Eyni zamanda, Ümummilli liderin ideyalarının və dövlətçilik fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayan Zaur Əliyev bildirmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi belə uğurlu siyasəti bir daha sübut etdi. Hüquq fakültəsinin dekanı qeyd etmişdir ki, Ulu öndərin xeyirxahlıq missiyası bu gün Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir və bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz rolu xüsusi qeyd olunmalıdır. Çıxışının sonunda sözünü ilk növbədə gənclərə ünvanlayan Zaur Əliyev bildirmişdir ki, müasir Azərbaycanın memarı olan Ulu öndərin bizlərə əmanət etdiyi dövlətin keşiyində dayanmaq bizim hər birimizin vətəndaşlıq borcudur, biz hər zaman Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməliyik.
Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan YAP ərazi üzrə nümayəndəsi Zahid Cəfərov partiyanın təşəkkül tapmasında və inkişafında ümummilli liderin əvəzolunmaz rolu, həmçinin quruculuq missiyası haqqında ətraflı məlumat vermişdir.
Konfransın proqramına uyğun olaraq, söz məruzəçilərə verilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin konstitusion-hüquqi inkişafında, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında, milli hüquq sisteminin beynəlxalq normalara uyğunlaşdırılmasında, dövlətin iqtisadi suverenliyinin təminatında, insan hüquq və azadlıqlarının müdafiəsində, Azərbaycanda siyasi hüquqi mədəniyyətin formalaşmasında, sosial və ekoloji siyasətin təşəkkülündə, milli mədəni irsin qorunmasında misilsiz islahatlarına həsr olunmuş 30-a yaxın məruzə dinlənilmişdir.
Tədbirin sonunda çıxış edən prorektor Fərda İmanov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışaraq Ümummilli liderin 100 illiyinə həsr edilmiş konfransın, o cümlədən Hüquq bölməsinin işinin uğurla yekunlaşdığını bildirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42