NARKOMANLIĞA QARŞI MÜBARİZƏYƏ DAİR TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının və Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət proqramının icrasına dair tədbir keçirilib.
Hüquq fakültəsi dekan vəzifələrini icra edən dosent Cabir Quliyev və İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev açılış nitqi ilə çıxış etmişdir.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini dosent Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilmiş tədbirdə professor-müəllim heyətinin məruzələri dinlənilmişdir.
AR Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı Quliyev Vasif "Narkomanlığa qarşı mübarizədə təhsil müəsissələrinin rolu", İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti
Əlövsət Allahverdiyev "İnsan alveri və qloballaşma; İnsan alverinin cinayət hüquqi aspektləri", AR Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Cinayət hüququ kafedrasının müəllimi
Zahid Vəliyev "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi: mövcud vəziyyət və beynəlxalq əməkdaşlıq", AR Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı İlahə Aslanova "İnsan alverinə qarşı mübarizədə profilaktik tədbirlərin rolu", Transmilli Cinayət hüququ ixtisaslaşması üzrə 1-ci kurs magistrantı Şükürova Əntiqə "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin aktual problemləri" mövzularında çıxışlar etmişlər.