PROFESSOR ASLAN ABAŞİDZENİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
9 May 2024 12:13
08 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sədr müavini, tanınmış alim, hüquq elmləri doktoru, professor, Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Aslan Hüseynoviç Abaşidze ilə tələbələrin görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Aslan Abaşidzenin elmi fəaliyyəti, hüquq elminə verdiyi töhfələr, habelə beynəlxalq hüquq sahəsindəki xidmətləri haqqında məlumat vermiş və alimin yaradıcılığında xüsusi yer tutan əsərlərini qeyd etmişdir.
Professor Aslan Abaşidze öz çıxışında beynəlxalq hüququn inkişafı və əhəmiyyətindən, onun müxtəlif institutlarının rolundan söz açmış, eyni zamanda beynəlxalq humanitar hüquq, bir sıra beynəlxalq müqavilələrin hüquqi qüvvəsi, beynəlxalq kosmos hüququ və BMT-nin hüquqi statusu haqqında tələbələrə ətraflı məlumat vermişdir. Görüş interaktiv şəkildə keçirilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskussiya aparılmış və onların beynəlxalq hüququn müxtəlif yarımsahələrinə dair sualları ətraflı cavablandırılmışdır.
Görkəmli hüquqşünas alim A.Abaşidze ilə görüş tələbələrin böyük marağına səbəb olmuş, həmçinin onların hüquqi dünyagörüşünün inkişafı və biliklərinin artırılması baxımından olduqca faydalı olmuşdur.
Görüşdə həmçinin, Mediasiya Şurasının sədri, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü Nadir Adilov və Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru Turqay Hüseynov iştirak etmişlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42