PROFESSOR İLHAM RƏHİMOV FAKÜLTƏNİN QONAĞI OLUB
2 May 2024 20:14
2 may 2024-cü il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdindəki Cinayət Hüququ Klubunun (CLC) “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti tədbiri keçirilmişdir.
Layihənin bu dəfəki qonağı Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq üzrə Ekspert Şurasının sədri, Rusiya Elmlər Akademiyasının akademiki, Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov olmuşdur.
Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor İlham Rəhimovun həyat və elmi fəaliyyəti, onun hüquq elminə verdiyi töhfələri haqqında çıxış etmiş, alimin cinayət və cəza-icra hüququ sahələri üzrə yüzə yaxın elmi məqalənin, məhkəmə hakimiyyəti və cinayət qanunvericiliyinin fundamental problemlərinə həsr olunmuş bir çox monoqrafiyaların müəllifi olduğunu qeyd etmiş, yaradıcılığında “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri”; “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi”; “Cəzanın fəlsəfəsi və onun vəzifəsi problemləri”; “Cinayətkarlıq və cəza”; “Ölməz ölüm cəzası”, “Dünyəvi dinlərdə cinayət və cəza” və s. monoqrafiyalarının mühüm yer tutduğunu, bu əsərlərin bir çox xarici dillərə tərcümə edildiyini qeyd etmişdir. Sonra dekan Zaur Əliyev tərəfindən professor İlham Rəhimov hüquq elminin inkişafında xidmətlərinə görə Hüquq fakültəsinin təsis edilməsinin 95 illiyi ilə əlaqədar təltif edilmişdir.
Professor İlham Rəhimov öz çıxışında BDU-nun Hüquq fakültəsinin milli hüquqşünas kadrların yetişməsində müstəsna xidmətlərini qeyd edərək, müasir zamanda cinayət hüququnun inkişaf mərhələlərindən, hüquq kateqoriyaları olan cinayət və cəza institutlarına fəlsəfi, mənəvi, dini baxışlar prizmasından yanaşaraq ətraflı məlumat vermiş, həmçinin tələbələrin cinayət hüququnun müxtəlif institutları ilə bağlı çoxsaylı suallarını maraqla qarşılamış və onlara ətraflı cavab vermişdir. Tələbələrlə görüş interaktiv qaydada keçirilmiş, tələbələr xüsusi fəallıqla onları maraqlandıran suallar ətrafında layihənin qonağı ilə diskussiya aparmışlar.
Tədbirdə BDU-nun Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri və müəllimləri də iştrak etmişlər.
Sonda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova professor İlham Rəhimova Azərbaycan cinayət hüquq elmini dünyada geniş təbliğ etdiyinə və vaxt tapıb bu tədbirə gəldiyinə və tələbələrlə öz biliklərini bölüşdüyünə görə tədbir iştirakçıları adından minnətdarlığını bildirərək Cinayət Hüququ Klubunun “Fəxri üzv”lüyünə dair təltifnamə təqdim etmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42