Professor Lətif Hüseynovla görüş keçirilmişdir
15 Noyabr 2023 11:30
15 noyabr 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, fakültəmizin müəllimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynovla görüş keçirilmişdir. Görüşün mövzusu “Fikir, vicdan və din azadlığı: Avropa Məhkəməsinin təcrübəsi” olmuşdur.
Tədbiri fakültənin dekanı Zaur Əliyev açıq elan edərək bildirmişdir ki, bugünkü tədbir olduqca əhəmiyyətli bir günə təsadüf edir. Belə ki, 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetində ilk mühazirə oxunmuşdur. Tələbələri Lətif müəllimin bioqrafiyası ilə tanış edən Zaur Əliyev bildirmişdir ki, görüşdə müxtəlif kurs tələbələri ilə yanaşı, professor-müəllim heyəti də iştirak edir. Daha sonra söz Lətif Hüseynova verilmişdir. Professor L.Hüseynov Avropa Şurasına üzv dövlətlərə qarşı olan din, vicdan azadlığı ilə bağlı hüquqların pozuntusunun mübahisələndirildiyi məhkəmə işləri barədə tələbələri məlumatlandırmış, həmçinin dövlətlərin milli qanunvericiliyində bu məsələnin tənzimlənməsinin rolunu qeyd etməklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarında bu məsələyə yanaşma tərzinin mütərəqqi olduğunu, Konvensiyanın rəhbər prinsiplərinə uyğunlaşdığını bildirmişdir. Tələbələrin çoxsaylı sualları cavablandırılmışdır. Tələbələr bu cür görüşlərin və mühazirələrin keçirilməsinin onların inkişafı baxımından olduqca faydalı olduğunu bildirmişlər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Lətif Hüseynovu Hüquq fakültəsinin 95 illiyi münasibətilə fəxri fərmanla təltif etmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42