PROFESSOR RÜSTƏM MƏMMƏDOVUN XƏZƏR DƏNİZİNİN KONSTİTUSİYASI ADLI MONAQRAFİYASI QAZAXISTANDA ÇAP EDİLMİŞDİR
27 Dekabr 2022 15:19
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq üzrə elmlər doktoru Rüstəm Məmmədovun “Xəzər dənizinin konstitusiyası” adlı monoqrafiyası Qazaxıstanda çap edilmişdir. Kitab Xəzər dənizinin beynəlxalq-hüquqi statusu məsələlərinə və Xəzər dənizinin hüquqi statusu haqqında 12 avqust 2018-ci il tarixli Konvensiyanın təhlilinə həsr edilmişdir. Monoqrafiyada həmçinin qeyd olunan Konvensiyanın əsas müddəalarının şərhi də verilmişdir. Kitab 4 fəsildən ibarətdir. 1-ci fəsildə tarixi inkişaf kontekstində Xəzər dənizinin beynəlxalq-hüquqi statusunun formalaşması və inkişafı, 2-ci fəsildə Xəzər dənizinin beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi üzrə xəzəryanı dövlətlərin çoxtərəfli və ikitərəfli danışıqları, 3-cü fəsildə Xəzər dənizinin köhnə və yeni statusu haqqında beynəlxalq hüquq elmi, 4-cü fəsildə isə Xəzər dənizinin hüquqi statusu haqqında 12 avqust 2018-ci il tarixli Konvensiyasının beynəlxalq-hüquqi məzmunu və əhəmiyyəti ilə bağlı məsələlər öz əksini tapmışdır. Kitab hüquqşünaslar, tələbələr, magistrantlar, elmi işçilər, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Adı çəkilən monoqrafiya Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Dövlət və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilmişdir. Monoqrafiyanın həmmüəllifi Dövlət və Hüquq İnstitutunun direktoru hüquq elmləri namizədi, dosent Aron Salimqereydir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42