QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
31 Yanvar 2023 16:22
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti ilə görüşmüşdür
Hüquq fakültəsinin dekanı Zaur Əliyev 31 yanvar 2023-cü il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsinin müdiri İvan Çarnetski və qurumun digər əməkdaşları ilə görüşmüşdür. Dekan Zaur Əliyev fakültənin beynəlxalq əlaqələri haqqında danışaraq, ümumilikdə hüquq, o cümlədən insan hüquqlarının tədrisi sahəsində BMT-nin müxtəlif strukturları, əsasən də İnsan Hüquqları üzrə Ali Komissarlıqla olan sıx əməkdaşlıq barədə ətraflı məlumat vermişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdığını qeyd edən dekan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərlərinin işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır. Azərbaycan Respublikası vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları fəalları tərəfindən təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada Hüquq fakültəsinin də iştirak etdiyini BMT nümayəndələrinin diqqətinə çatdıran dekan Ermənistan tərəfindən işğal dövründə şəhər, rayon, qəsəbə və kəndlərimizin yerlə-yeksan edilməsi, tarixi, dini, mədəni abidələrimizin dağıdılması, təbii sərvətlərin talan edilməsi və qanunsuz istismarına görə kompensasiyanın ödənilməsinin zəruriliyini qeyd etmişdir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi İvan Çarnetski Hüquq fakültəsinin fəaliyyətini, o cümlədən hüquqi tədris sahəsində BMT ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirərək genişmiqyaslı və müntəzəm əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Görüşdə Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində tələbələrə yaradıla biləcək imkanlar, tədris prosesinə töhfə verə biləcək təlimlərin təşkili və tələbələrin BMT-nin müvafiq strukturunda istehsalat təcrübəsi keçmək imkanları müzakirə edilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42