QADINLAR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Hüquq fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək bildirmişdir ki, respublikamızda qadınlara hörmət və qayğı siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qeyd olunmuşdur ki, Ulu Öndərin siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni-yeni uğurlara imza atır. Qadınların cəmiyyətdəki rolunun artırılmasında və onlara dəstək göstərilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayan dekan Hüquq fakültəsinin xanım əməkdaşlarını bayram münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.