QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR BAŞ TUTUB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Giriş sözü ilə çıxış edən BDU-nun Hüquq fakültəsinin dekan vəzifələrini icra edən Zahid Cəfərov fakültənin bütün xanım əməkdaş və tələbələrini təbrik edərək Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.
Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova, Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Hüseynov Qardaş, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor Məsumə Məlikova, Mülki Hüquq Kafedrasının dosenti İbrahim Vəliyev, Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Elbəy Nəbiyev, Cinayət prosesi kafedrasının dosenti Ərəstun Qasımov çıxış edərək cəmiyyətin vətənə, millətə məhəbbət və sədaqət ideyaları əsasında formalaşmasında, milli adət ənənələrin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının xüsusi rol oynadığını diqqətə çatdırıblar. Çıxışlarda ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini bildirib.
Azərbaycan xanımının cəmiyyətdə rolunun günbəgün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulanmış, fakültənin xanım tələbə kontingentinin sayının ildən ilə artdığı qeyd edilmişdir.
Daha sonra Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadə çıxış edərək güclü və qalib bir dövlətin vətəndaş xanımları olaraq daima fəxr hissi duyduğunu və vətənimiz üçün döyüşüb qalib olan, şəhid olan əsgər övladları böyüdən analarımızı, həmçinin onlara ədalət hissini, vətənpərvərlik ruhunu aşılamağa çalışan təhsil işçilərini, müəllim xanımlarını təbrik edərək, uğurlar arzulayıb.
Sonda fakültənin 1-ci kurs tələbəsi Cəfər Məmmədov çıxışı zamanı öz təbriklərini çatdırmış, Cəfər Cabbarlının "Ana" şeirini səsləndirmişdir.