QIZIL AYPARA GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏLİM KEÇİRİLİB
Hüquq fakültəsində 10 mart Qızıl Aypara Gününə həsr olunmuş beynəlxalq humanitar hüquq mövzusunda təlim keçirilib. Fakültə tələbə könüllülər cəmiyyətinin sədri, III kurs tələbəsi İsmət Bayramov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən və fəaliyyətindən bəhs edib, həmçinin beynəlxalq humanitar hüququn əhəmiyyətini vurğulayıb. Daha sonra söz təlimçi, Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Pərviz Həsənova verilib. Təlimçi beynəlxalq humanitar hüququn əsasları və prinsiplərindən, "Cenevrə hüququ" və "Haaqa hüququ", kombatant və qeyri-kombatantların, o cümlədən casusların statusundan, həmçinin beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətə cəlb etmə prosesindən danışıb. Təlim tələbələrin böyük marağıba səbəb olub və onların suallarının cavablandırılması ilə başa çatıb.