SƏFİR PETR ZİX TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
9 Mart 2023 17:23
9 mart 2023-cü il tarixində Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri, səfir Petr Zix Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə görüşmüşdür. Görüşü açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev ilk dəfə olaraq Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbərinin Hüquq fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etdiyini vurğulayaraq bunun Hüquq fakültəsi ilə Avropa Şurası arasında tədris sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunun mühüm göstəricisi olduğunu vurğulamışdır. Sonra səfir P.Zix “Avropa Şurası hüququnun əsasları” mövzusunda mühazirə söyləmişdir. Səfir tələbələrə Avropa Şurasının tarixi, əsas fəaliyyət istiqamətləri və onun yaranmasını şərtləndirən tarixi-siyasi mühit barədə ətraflı məlumat vermişdir. Daha sonra Avropa Şurasının hazırki fəaliyyətindən bəhs edən səfir, Azərbaycanın üzvlüyünün əhəmiyyətini vurğulamış, Azərbaycanın tərəfdaş olduğu konvensiyaların implementasiyasından danışmışdır.
Cənab Zix həmçinin Avropa Şurasının fəaliyyəti ilə yanaşı, konvensiyaların hazırlanma və qəbul olunma prosedurundan da söz açmışdır.
Sonda P. Zix tələbələrin suallarını cavablandırmışdır.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33