“SƏHNƏLƏŞDİRİLMİŞ PARLAMENT DEBATI” ADLI SİMULYASİYA KEÇİRİLMİŞDİR
19 Dekabr 2022 16:33
19 dekabr 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiya keçirilmişdir.
Bakı Dövlət Universitetinin SABAH Qruplarının və Hüquq fakültəsinin tələbələrinin birgə iştirakı ilə keçirilən tədbirdə “Sosial təhlükəsizlik haqqında” Qanun layihəsi müzakirə edilmişdir. Tədbirdə tələbələrlə yanaşı Hüquq fakültəsinin və SABAH Mərkəzinin rəhbərliyi, professor-müəllim heyəti, o cümlədən Milli Məclisin deputatları, Hüquq və İnsan Haqları İnstitutunun nümayəndəsi, vəkillər, Milli Aviasiya Akademiyasının, Polis Akademiyasının, Gömrük Akademiyasının müəllimləri və tələbələri iştirak etmişlər.
Rol oyunları metodundan istifadə etməklə təşkil edilmiş debatın təşkilində məqsəd tələbələrdə parlament debatı aparmaq mədəniyyətinin, hüquq düşüncəsi və hüquq mədəniyyətinin, normativ hüquqi aktlara müstəqil münasibət bildirmək, mühakimə irəli sürmək və təhlillər aparmaq bacarıqlarının formalaşdırılması, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tələbələrin normayaradıcılıq prosesinə fəal surətdə cəlb edilməsidir.
Tədbirin sonunda müvafiq rolları canlandıran tələbələrə (Kənan Abdiyev, Ziyvər Sədiyeva, Sabir Səfərli, Cavid Mirzəzadə, Murad Məmmədli, Rüstəm Əzimzadə, Ayxan Məmmədli, Nailə Mehtiyeva, Aysel Məmmədli, Aysu Kalbalı, İlkin Osmanov, Rüfət İsmayılov, Elşən Dadaşov, Asiman Musayeva, Günay Abbasova, Nəzrin Səfərova, Gülsüm Hacıyeva, Siyavuş Bağırov, Ceyran Məmmədova, Günay Hüseynova, Aytəkin Qurbanlı, Qəndab Tolanova, Əlicabbar Məmmədov, Nərmin Babayeva, Olya Yolçuyeva, Nabat Hüseynova, Tünzalə Səfərova, Aysel Rəhimli, Zərifə Atayeva, Emin Həziyev, Aqşin Musayev) və tədbirin təşkil edilməsində yaxından iştirak etmiş tələbələrə (aparıcı və ssenarist Nihad Musayev, Züleyxa Seyidməmmədova, Əli Mirzəyev) təşəkkürnamələr təqdim edilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42