SÜBHAN ƏLİYEVİN İNZİBATİ HÜQUQ DƏRSLİYİ NƏŞR EDİLİB
21 Sentyabr 2023 16:47
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Sübhan Əliyevin “İnzibati hüquq” dərsliyi nəşr edilmişdir.
Dərslikdə idarəetmə, dövlət idarəetməsi, dövlət qulluğunun inzibati-hüquqi nizamlanması, inzibati məcburetmə, inzibati-hüquqi rejimlər, inzibati məsuliyyət, inzibati ədliyyə, ayrı-ayrı sahələrdə dövlət idarəetməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
Dərslik yazılarkən, əsasən Məcəllə və qanunların izahına üstünlük verilmiş və mövcud praktikaya uyğun misallar göstərilmişdir.
Kitab Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə dərslik kimi təsdiq edilmişdir.
Kitabdan “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, dövlət qulluğunda və məhkəmə orqanlarında çalışan şəxslər, habelə inzibati hüquq elmi ilə maraqlanan geniş oxucu auditoriyası faydalana bilər.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33