SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSİNİN AÇILIŞI OLUB
07 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti rəhbər işçilərin və hakimlərin, Milli Məclisin deputatlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçilərinin, hüquqşünas alimlərin, vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt Məhkəmə Kompleksinin ictimaiyyətə təqdim olunması üzrə geniş təqdimat keçirilmişdir. Tədbirə BDU Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev və Hüquq Klinikasının rəhbəri, hüquq elmləri doktoru Turqay Hüseynov dəvət edilmişlər.
Sumqayıt Məhkəmə Kompleksi respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir. Tədbir iştirakçıları əvvəlcə bina ilə tanış olmuşlar. Sonra tədbir iştirakçıları kompleksdə məhkəmə iclas zalları, ictimai və inzibati zonalar, hakimlər üçün və digər otaqlarla, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və innovasiyalarla tanışlıq olmuşlar.