TEC-NİN YENİ TƏDRİS İLİ ÜÇÜN TƏQDİMAT MƏRASİMİ
23 oktyabr 2021-ci il tarixində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin 2021-2022-ci tədris ili üçün təqdimat mərasimi keçirilmişdir!
Təqdimat mərasimini Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova açıq elan etmiş, TEC-in layihələri və gördüyü işlərin tələbələr üçün önəmindən ümumi bəhs etmişdir.
Daha sonra BDU Tələbə Hüquq Jurnalının Baş Redaktoru Gültəkin Səfərli məqalə qəbulu prosesi, Jurnal Siyasəti, məqalə yazmağın üstünlükləri, Jurnalın dərc olunduğu müxtəlif hüquqi araşdırma databazaları haqqında məlumat vermişdir.
Bundan sonra Hüquq Müzakirə Forumunun Baş Müşaviri Mehri Quliyeva forumların təşkili prosesi və hüquqi nitq qabiliyyətinin inkişafı üçün həmin forumların vacibliyindən bəhs etmişdir.
TEC-in növbəti layihəsinin - Məhkəmə Müsabiqə Cəmiyyətinin Baş Koordinatoru Jalə Səfərəliyeva təşkil olunmuş müsabiqələr, həmin müsabiqələrin şərtləri və gələcək peşəkar iş mühitində tələbələrə verə biləcəyi imkanlardan bəhs etmişdir.
Seyidbəyim Hüseynova isə Baş İcraçısı olduğu Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinin professor və tələbə əməkdaşlığına əsaslanan araşdırma və yazı prosesi, araşdırmanın önəmi, layihənin verdiyi üstünlüklər və keçirilmiş tədbirlər haqqında məlumat vermişdir.
Son olaraq Tələbə Elmi Cəmiyyətinin sədri Ceyhun Xəlilov tələbələrə həm universitet həyatında, həm də gələcək praktikada TEC-in layihələri ilə əldə etdiyi təcrübə haqqında danışmış, onlara bu layihələrdə iştirak etməyin müsbət təsirlərini, əhəmiyyətini vurğulamışdır.
Təqdimatda iştirak edən bütün tələbələrə minnətdarlığımızı bildirir və TEC-in layihələrində aktiv iştirak etməyə dəvət edirik.