Tələbə Hüquq Jurnalının 9-cu buraxılışının 2-ci sayı HeinOnline hüquqi araşdırma məlumat bazasında yerləşdirilmişdir!
28 Noyabr 2023 09:39
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olan Tələbə Hüquq Jurnalının 9-cu buraxılışının 2-ci sayı HeinOnline hüquqi araşdırma məlumat bazasında yerləşdirilmişdir!
Artıq 9 ildir ki, Tələbə Hüquq Jurnalının sayları HeinOnline hüquqi araşdırma məlumat bazasında yerləşdirilməklə məqalələri xarici oxucu auditoriyası üçün daha əlçatan edir. Qeyd etmək lazımdır ki, Tələbə Hüquq Jurnalı Cənubi Qafqazda HeinOnline hüquqi araşdırma məlumat bazasında yerləşdirilən ilk hüquq jurnalıdır.
Müvafiq say üçün keçid:
Bundan əlavə, Tələbə Hüquq Jurnalı dünyanın ən böyük məlumat bazalarından biri olan Scopus-da da yerləşdirilmişdir. Bir çox universitet və tədqiqat institutları tərəfindən istifadə edilən bu məlumat bazası Jurnalda dərc edilən məqalələrin daha geniş auditoriyaya çıxışını təmin edir.
Müvafiq məlumat bazasına keçid:
Qeyd edək ki, hazırda Jurnalın 10-cu buraxılışının 1-ci sayı çapa hazırlanır.
Jurnalın ərsəyə gəlməsində və inkişafında böyük rolu olan Tələbə Hüquq Jurnalının Redaksiya Heyətinə təşəkkür edir və tələbələrə gələcək işlərində uğurlar arzu edirik!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42