TƏLƏBƏ TƏRƏFİNDƏN TƏLƏBƏ ÜÇÜN ADLI NÖVBƏTİ TƏLİM KEÇİRİLİB
31 Mart 2023 16:25
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığı çərçivəsində "Tələbə tərəfindən tələbə üçün" layihəsinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr edilmiş növbəti təlimi keçirilmişdir. Layihənin təlimçisi Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Səyad Ələkbərov "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası: müqayisəli təhlil" mövzusu üzrə fərqli kurslardan olan tələbələrə təlim keçmişdir. Tələbələrə Bəyannamənin beynəlxalq hüquqi statusu və mahiyyəti, milli qanunvericiliyə təsiri, günümüzdə olan aktuallığı, maddələrin təfsiri, Bəyannamənin Azərbaycan Respublikasının Konstitusiyası ilə müqayisəli təhlili məsələləri haqqında ətraflı məlumat verilmişdir. İnteraktiv formada baş tutmuş təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmış, həmçinin onların çoxsaylı sualları cavablandırılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş və hazırlanmış mövzular üzrə təlimlər keçirlər. Layihənin əsas məqsədi təlimçinin tələbəni öyrətməsi deyil, bildiklərini bölüşməyi və qarşılıqlı öyrənməsidir. Keçirilən seminarlar müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirərməklə, həmçinin müəyyən edilmiş mövzu barəsində fundamental biliklər əldə edirlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42