“Tələbə tərəfindən tələbə üçün” təşəbbüsü çərçivəsində növbəti təlim keçirilib
30 Noyabr 2023 10:04
2023-cü il 29 noyabr tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Tələbə tərəfindən tələbə üçün” təşəbbüsü çərçivəsində növbəti təlim keçirilib. Təlim “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi-75” devizi ilə Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov tərəfindən həyata keçirilib. Təlimin mövzusu “Rəqəmsal Era və İnsan Hüquqları” olmuşdur.
Səyad Ələkbərov aşağı kurs tələbələri üçün interaktiv və məlumatlı təlim sessiyası təşkil edib. Onun yanaşması nəzəri biliklərlə praktiki baxışları birləşdirərək, mürəkkəb anlayışları iştirakçılara əlçatan edib.
Təlim çərçivəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 9 və 12-ci maddələri təhlil edilmiş, rəqəmsal dövrün bu hüquqların təhlükəsizliyi üçün yaratdığı təhlükələr müzakirə edilmişdir. Kibertəhlükəsizlik haqqında Budapeşt Konvensiyası, bəhs olunan hüquqlar üzrə baş tutmuş aparıcı məhkəmə kazusları, Azərbaycan Respublikasının rəqəmsal dövrə uyğunluq dərəcəsi, rəqəmsal inkişafın əsas insan hüquqları ilə kəsişməsi kimi önəmli nüanslara toxunulmuşdur. Səyad Ələkbərov müzakirələri idarə edərək bu hüquqların sosial media, onlayn müşahidə və rəqəmsal kommunikasiya dövründə əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı ofisi ilə Hüquq fakültəsi arasında əməkdaşlığın bir hissəsi olaraq Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə həsr edilmiş Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə ötən ildən başlanan “Tələbə tərəfindən tələbə üçün” layihəsi böyük marağa səbəb olmuşdur. Layihə zamanı yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə qabaqcadan müəyyən edilmiş mövzu barəsində təlim keçərək özlərinin təqdimat, ictimai nitq və s. kimi bacarıqlarını təkmilləşdirir, aşağı kurs tələbələri isə mövzu barəsində fundamental biliklər əldə etmək şansı qazanırlar.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42