“Tələbə tərəfindən tələbə üçün” təşəbbüsünün növbəti buraxılışı baş tutub
15 Noyabr 2023 11:34
15 noyabr 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Tələbə tərəfindən tələbə üçün” təşəbbüsünün növbəti buraxılışı baş tutub. Təlim Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov tərəfindən həyata keçirilib. Təlimin mövzusu “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində ictimai maraq anlayışı” olmuşdur. Təlim çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda ictimai maraq anlayışının izahı, Azərbaycan qanunvericiliyi perspektivindən dövlət marağı və ictimai maraq anlayışları təhlil edilmişdir. Təlimçi Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinin qarşılıqlı münasibəti, dövlət marağının ictimai maraqla oxşarlıqları və fərqlilikləri, Avropa İnsan Hüquqları Məhkəməsinin bu məsələ ilə bir sıra kazusları haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
İnteraktiv keçən təlim müddətində iştirakçılar təlimçiyə bir sıra suallar ünvanlamış, təlimin gedişatı zamanı istinad edilən kazusları müzakirə etmişlər. Tələbələr növbəti təlim sessiyasının mövzusu üzrə öz təkliflərini bildirmişlər.
Qeyd edək ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə ötən ildən başlanan “Tələbə tərəfindən tələbə üçün” layihəsi böyük marağa səbəb olmuşdur. Layihə zamanı yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə qabaqcadan müəyyən edilmiş mövzu barəsində təlim keçərək özlərinin təqdimat, ictimai nitq və s. kimi bacarıqlarını təkmilləşdirir, aşağı kurs tələbələri isə mövzu barəsində fundamental biliklər əldə etmək şansı qazanırlar.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33