TƏLƏBƏLƏR AÇIQ QAPI GÜNÜNDƏ ALİ MƏHKƏMƏDƏ OLUBLAR
9 Oktyabr 2023 17:09

2023-cü il oktyabrın 7-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov tələbələrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41