TƏLƏBƏLƏR AÇIQ QAPI GÜNÜNDƏ İŞTİRAK EDİBLƏR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlığı çərçivəsində fakültənin tələbələri üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü keçirilmişdir. Görüş zamanı tələbələrə idarənin strukturu, idarədə olan vəzifə bölgüsü və istintaq orqanları arasındakı əlaqələr barəsində ətraflı məlumat verilmişdir. Həmçinin tələbələr inzibati bina ilə yaxından tanış olmuşlar. Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində cinayətlərin üstünü açmaq üçün istifadə olunan texnikalar, kriminalistik çantalar və digər avadanlıqlar tələbələrə əyani şəkildə göstərilmiş, onlar haqqında ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.