TƏLƏBƏLƏR BAKI APELLYASİYA MƏHKƏMƏSİNDƏ OLUBLAR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri Bakı Apellyasiya Məhkəməsində keçirilmiş “Açıq Qapı" günündə iştirak etmişlər. Tədbir çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimləri məhkəmənin fəaliyyəti, məhkəmə-hüquq islahatları, Azərbaycanın hüquq sistemində həyata keçirilən fundamental dəyişikliklər, məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat vermiş, tələbələrə eyni zamanda, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlükləri, hakimlərin fəaliyyəti, müvafiq infrastrukturun yenilənməsi istiqamətində görülən işlərlə tanış etmişlər. Öz təcrübələrini tələbələrlə bölüşən Bakı Apellyasiya Məhkəməsinin kollektivi onların çoxsaylı suallarını cavablandırmışlar.