TƏLƏBƏLƏR BAŞ PROKURORLUĞUN TARİX MUZEYİ İLƏ TANIŞ OLUBLAR
16 Mart 2024 08:15

Bakı Dövlət Universitetinin Hüquq falültəsinin tələbələri və Tələbə Gənclər Təşkilatının üzvləri Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Tanışlıq zamanı Muzeyin yaradılması, prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı tələbələrə ətraflı məlumat verilib. Bununla yanaşı tələbələr Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış guşə, Muzeyin zalları, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, eləcə də digər sənəd və eksponatlarla tanış olublar. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41