TƏLƏBƏLƏR BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ İŞTİRAK EDİB
Hüquq fakültəsinin tələbələri VIII Beynəlxalq kitab sərgisində iştirak etmişlər. Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil edilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi 9 oktyabr tarixinə qədər davam edəcək. Sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Qeyd etmək lazımdır ki, sərgidə ali məktəblər arasında ən böyük stend BDU-ya məxsusdur. BDU-nun stendində Hüquq fakültəsinin ayrıca, xüsusilə son dövrün 2020-2022-ci illərin nəşri olan dərslik və dərs vəsaitləri öz yerini almışdır. Burada Hüquq fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi 40-dan çox kitab nümayiş olunur.