TƏLƏBƏLƏR ƏLAÇI TƏQAÜD PROQRAMININ QALİBİ OLMUŞLAR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbələri Səbinə Lətifli, Pəri Rzayeva, Şahin Məmmədov, Tarif Hüseynov, 4-cü kurs tələbələri Nigar Quliyeva, Şahin Bayramlı, Könül Məmmədova, Arifə Sadıxova, Əli Mirzəyev, Səfər Əlizadə, Riyad Musayev, Ülviyyə Zeynallı, Elmira Sadıqzadə, Fəzilə Əliyeva, Gülüstan İsayeva və Vüsal Yavərli "PASHA HOLDİNG" tərəfindən təşkil edilmiş "Əlaçı" təqaüd proqramının qalibləri olmuşlar. Adıçəkilən tələbələrimiz üç pilləli seçim mərhələsini uğurla başa vuraraq 2137 nəfər müraciətçi arasından seçilmişlər. 2023-2024-cü illəri əhatə edəcək bu təqaüd proqramında tələbələrimizi şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir. Bu uğur münasibətilə tələbələrimizin hər birini ürəkdən təbrik edirik!